4 gün, 22 saat əvvəl

UFAZ-da “Yeni Tiokarbamid Törəmələrinin Tədqiqi: Nəzəri və Eksperimental Perspektivlər” Mövzusunda Seminar Keçiriləcək

Tahir seminar az

Tədbir haqqında

Martın 13-də UFAZ-da Xəzər Universitetinin kimya müəllimi, Bakı Dövlət Universitetinin magistratura pilləsi üzrə müəllimi Tahir Cavadzadənin elmi-tədqiqat seminarı keçiriləcək. “Yeni Tiokarbamid Törəmələrinin Tədqiqi: Nəzəri və Eksperimental Perspektivlər” adlı seminar saat 16:15-də 102 nömrəli otaqda baş tutacaq.

Tahir Cavadzadənin əsas elmi tədqiqat istiqaməti bioaktiv birləşmələrin sintezi, onların struktur və nəzəri parametrlərinin kvant kimyəvi hesablamaları ilə öyrənilməsidir. O, həmçinin bəzi keçid elementlərinin spektrofotometrik təyini üçün yeni üsullar üzərində işləyir. O, yaxın zamanlarda gümüşün aşkarlanmasında yeni üsul üçün ixtiranın müəlliflik şəhadətnaməsini alıb. Tahir Cavadzadə hazırda ölkəmizdə ən çox rast gəlinən problemlərindən biri olan neft hasilatı ilə çirklənmiş sulardan ağır metalların çıxarılması üçün ən yaxşı sintetik və təbii sorbentlərin tapılması üzərində işləyir.

📅 13 mart, 16:15

📍 UFAZ, otaq 102, Nizami küçəsi 183

Qeydiyyat linki: https://forms.office.com/r/ypsc5mmGaV?origin=lprLink