1 həftə, 2 gün əvvəl
UFAZ-da "Tələbə Uyğun Təklif" Mövzusunda Seminar Keçiriləcək

Tədbir haqqında
13 mart saat 16:15-də UFAZ-da keçiriləcək növbəti “Moodrik Talks” tədbirində “ESAM Innovations” şirkətinin təsisçisi Elşən Quliyev çıxış edərək "Tələbə uyğun təklif" mövzusunda öz təcrübəsini bölüşəcək.
“ESAM Innovations” insanlara gündəlik problemlərin həlli üçün yeni innovativ proqram təminatları təqdim etməyə fokuslanır. Şirkət müxtəlif bizneslərin missiyasına müvafiq olaraq müştəri tələbatına uyğun IKT xidmətləri təklif edir. “ESAM Innovations”ın təsisçisi Elşən Quliyev tədbir zamanı tələbi qarşılama və müştərilərlə uzunmüddətli tərəfdaşlıq qurma təcrübəsini paylaşacaq. O, tələbələrin ehtiyaclarına uyğun təkliflərin tənzimlənməsinə dair fikirlərini diqqətə çatdıracaq.
Bütün tələbələr UFAZ-ın təşkil etdiyi tədbirdə iştirak etməyə dəvət olunurlar. Dəyərli məlumatlar əldə etmək imkanını əldən verməyin!
📌 Tarix və vaxt: 13 mart, 16:15
📍 Məkan: UFAZ, Nizami küç. 183
Qeydiyyat linki: https://forms.gle/DT47sbCeNxRdFJaM9