1 həftə əvvəl

BP şirkəti UFAZ-da təcrübə proqramlarına dair məlumat sessiyası keçirəcək

16 Oktyabr 2024, 16:00

azcareeer

Müddət

2 saat

Tədbir haqqında

Bp 15 oktyabr saat 16:00-da UFAZ-da “Təcrübə Proqramları” adlı məlumat sessiyası təşkil edəcək. Tədbirin məqsədi tələbələrə bp-nin təcrübə proqramları və enerji sektorunda karyera qurmaq üçün zəruri bacarıqlar haqqında faydalı məlumatlar təqdim etməkdir.

Sessiyada bp-nin Gənc kadrlar üzrə baş məsləhətçi Xədicə İsmayılova, Qaz həlləri üzrə petrofizik Fəridə Məmmədxanova, Geofizik məzunu Teyyubə Adıgözəlpva və Geologiya üzrə mütəxəssis Vüzal Əzimov çıxış edəcək.

Spikerlər şəxsi karyera təcrübələrini paylaşacaq, təcrübə proqramları haqqında məlumat verəcək və bp-nin proqramları ilə maraqlanan tələbələrə tövsiyələr verəcəklər. İştirakçılar həmçinin bp nümayəndələri ilə sual-cavab və şəbəkələşmə imkanı əldə edəcəklər.