3 ay, 3 həftə əvvəl

UFAZ-da iqlim dəyişikliklərinə həsr olunmuş rəsm sərgisi keçiriləcək

28 İyun 2024, 15:00

bnib

Müddət

2 saat

Tədbir haqqında

UFAZ-da iqlim dəyişikliklərinə həsr olunmuş sərgi keçiriləcək. UFAZ Ekologiya klubunun dəstəyilə baş tutacaq sərgi iqlim dəyişikliyinə qarşı təcili tədbirlərin vacibliyini vurğulamağı, həmçinin Azərbaycanın ev sahibliyi edəcəyi COP29 konfransı ərəfəsində ölkəmizin iqlim dəyişikliyi ilə mübarizəyə sadiqliyini nümayiş etdirməyi hədəfləyir.

Sərgi 28 iyun tarixində saat 15:00-da UFAZ-ın 4-cü mərtəbəsində keçiriləcək. Tədbirdə iqlim dəyişiklikləri mövzsunda müxtəlif rəsm əsərləri nümayiş etdiriləcək. Qeyd edək ki, sərginin keçirilməsində məqsəd ətraf mühitin mühafizəsi, iqlim dəyişiklikləri məsələlərini incəsənətin vizual gücü ilə birləşdirərək diqqəti həmin mövzulara yönəltməkdir.