1 həftə, 5 gün əvvəl
UFAZ Konfransı 2025-də iştirak edəcək əsas beynəlxalq spikerlər
Tədbir haqqında
“UFAZ Konfransı 2025: Kimya, Proseslər və Materiallar”da çıxış edəcək əsas spikerləri elan etməkdən məmnunluq duyuruq. Beynəlxalq səviyyəli alimlər və ekspertlər dəyərli fikirləri və tədqiqatları ilə konfransa töhfə verəcəklər. Onların yüksək H-indeks göstəriciləri hər birinin elm dünyasına verdiyi töhfələrin əhəmiyyətini bir daha vurğulayır.
Siram Ramakrişna
Sinqapur Milli Universiteti, Sinqapur
H-index: 178
Professor Siram Ramakrişna materialşünaslıq və mühəndislik sahəsində dünyaca məşhur olan bir mütəxəssisdir. Onun tədqiqatları davamlı materialların, enerji sistemlərinin və nanoteknologiyanın inkişafına yönəlmiş müxtəlif mövzuları əhatə edir. Ramakrişnanın innovativ tədqiqatları sayəsində səhiyyə, enerji və ətraf mühitin davamlılığı kimi sahələrdə material dizaynı kökündən dəyişib. Professor Ramakrishna bu sahədəki əsaslı töhfələrinə çox istinad edilən bir alim kimi bir çox mükafata layiq görülüb.
Sabu Tomas
Mahatma Qandi Universiteti, Hindistan
H-index: 122
Polimer elmi və nanokompozitlər sahəsində tanınmış alim olan Professor Sabu Tomas, material innovasiyası sahəsində qabaqcıl tədqiqatları ilə tanınır. Onun tədqiqatları işi avtomobil sənayesi, elektronika və biotibb mühəndisliyi kimi sahələri özündə ehtiva edir. Nanomateriallar üzrə tədqiqatları həm fundamental elmi, həm də praktiki tətbiqləri birləşdirərək, onun materialşünaslıq sahəsində lider mütəxəssislərdən biri kimi tanınmasına töhfə verib.
Erik Favr
Lotaringiya Universiteti, Fransa
H-index: 42
Professor Erik Favr bərpa olunan enerji materialları və enerji saxlama texnologiyaları sahəsində tanınmış mütəxəssisdir. Onun tədqiqatları enerji çevrilməsi və davamlı enerji saxlama sistemləri üçün qabaqcıl materialların hazırlanmasına yönəlib. Professor Favrın innovasiyaları davamlı enerji həllərinə keçid prosesində mühüm irəliləyişlərə gətirib çıxarıb və o, hazırda qlobal enerji elmləri sahəsində tanınan alimlərdən biridir.
Mikael Koler
İlmenau Texnologiya Universiteti, Almaniya
H-index: 41
Professor Mikael Koler davamlı kimyəvi proseslər və materiallar sahəsində tanınmış alimlərdən biridir. Onun tədqiqatları əsasən iqlim dəyişikliyinin təsirlərini azaltmağa yönəlmiş ekoloji cəhətdən təmiz proseslərə və materialların inkişafına həsr olunub. Professor Kolerin kimya mühəndisliyindəki töhfələri, xüsusilə kimya sənayesində yaşıl texnologiyaların istifadəsinin inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edir.
Daniel Qrande
Çarlz Sadron İnstitutu, Fransa
H-index: 33
Professor Daniel Qrande kimya və material mühəndisliyi arasındakı interfeys sahəsi üzrə ixtisaslaşıb. Onun tədqiqatları əsasən enerji saxlama, elektron cihazlar və nanoteknologiya üçün funksional materialların hazırlanmasına yönəlib. Professor Qrande kimya, materialşünaslıq və mühəndisliyi birləşdirərək müasir texnoloji çağırışlar üçün innovativ həllər təqdim edir.
Kimya, materialşünaslıq və proses mühəndisliyi sahəsində çalışan tədqiqatçıları, tələbələri və mütəxəssisləri bu möhtəşəm tədbirdə iştirak etməyə dəvət edirik. Konfrans sahəni formalaşdıran ən son tendensiyalar və nailiyyətlərlə tanış olmaq, şəbəkələşmə və bilik mübadiləsi üçün unikal bir platforma rolunu oynayacaq
Məqalə təqdim etmək üçün son tarix: 31 mart 2025
Konfransın tarixi: 3-6 İyun
Daha ətraflı məlumat üçün: https://conference.cpml.ufaz.az/