1 ay, 1 həftə əvvəl

650-dən yüksək bal toplayaraq UFAZ-da təhsil almaq istəyən namizədlərlə görüş keçirilib

aaaaaaa

UFAZ-da 650-dən yüksək bal toplayaraq UFAZ-da təhsil almaq istəyən namizədlərlə görüş keçirilib. UFAZ-ın İcraçı direktoru vəzifəsini müvəqqəti icra edən Lətifə Nəsibova Azərbaycan-Fransız Universitetinin bakalavr səviyyəsində təhsil almaq üçün müraciət edən namizədlərin bir neçəsi ilə görüşüb. Görüşdə Dövlət İmtahan Mərkəzi (DİM) imtahanları üzrə 650-dən yuxarı bal toplayan və UFAZ-da təhsil almaq arzusunda olan Sabir Əliyev (681.8 bal), Əli Manaflı (659.8 bal) və Nuranə Məmmədova (656.1 bal) iştirak edib. Lətifə Nəsibova UFAZ-da təhsil həyatından, burada oxumağın üstünlüklərindən bəhs edib və bildirib ki, UFAZ məzunları hazırda dünyanın ən yüksək reytinqli universitetlərində təhsillərini davam etdirir, tanınmış yerli və beynəlxalq şirkətlərdə yüksək səviyyəli mütəxəssislər kimi fəaliyyət göstərirlər. O, namizədlərə UFAZ-ın daxili imtahanı müvəffəqiyyətlər arzulayıb.

Görüşün ardınca namizədlər universitetin laboratoriyaları, sinif otaqları, konfrans zalı, kitabxanası ilə tanış olublar.

Qeyd edək ki, UFAZ-a bakalavr səviyyəsi üzrə 450 və daha çox bal toplamış abituriyentlər 28 iyul tarixinə qədər müraciət edə bilərlər.

UFAZ-ın 2024/2025-ci tədris ili üçün bakalavr proqramlarına Dövlət İmtahan Mərkəzi (DİM) imtahanlarında 450 və daha artıq bal toplamış abituriyentlər universitetin 31 iyul 2024-cü il tarixində təşkil olunacaq daxili imtahanlarında iştirak edə bilərlər.

Qeyd edək ki, 2024/2025-ci tədris ilində UFAZ-da bakalavr səviyyəsi üzrə Kompüter elmləri, Kimya mühəndisliyi, Neft və qaz mühəndisliyi və Geologiya və geofizika mühəndisliyi proqramları və yeni açılmış Kimya proqramı üzrə qəbul həyata keçiriləcək.

aaaaaaaa
aaaaaa
aaa
aaaaa