2 ay, 3 həftə əvvəl

UFAZ-a bakalavr səviyyəsi üzrə 450 və daha çox bal toplamış abituriyentlər müraciət edə bilərlər

ddg (2)

İyulun 22-də UFAZ-da bakalavr proqramlarına qəbul üzrə Açıq Qapı günü keçirildi. Tədbirdə Kimya üzrə yeni bakalavr proqramı, həmçinin, UFAZ-ın digər Kompüter elmləri, Kimya mühəndisliyi, Neft və qaz mühəndisliyi və Geologiya və geofizika mühəndisliyi proqramları barəsində məlumat verildi. Həmçinin bildirildi ki, UFAZ-ın 2024/2025-ci tədris ili üçün bakalavr proqramlarına Dövlət İmtahan Mərkəzi (DİM) imtahanlarında 450 və daha artıq bal toplamış abituriyentlər universitetin 31 iyul 2024-cü il tarixində təşkil olunacaq daxili imtahanlarında iştirak edə bilərlər.

Tədbiri giriş sözü ilə açan UFAZ-ın İcraçı direktoru vəzifəsini müvəqqəti icra edən Lətifə Nəsibova bütün namizədlərə uğurlar arzuladı. O bildirdi ki, çoxsaylı müraciətləri və bakalavr səviyyəsi üzrə yeni proqramın açılmasını nəzərə alaraq Dövlət İmtahan Mərkəzi (DİM) imtahanları üzrə keçid ballarının 450 bal kimi müəyyən edilməsində məqsəd daha çox abituriyentə UFAZ-da təhsil almaq üçün imkan yaratmaqdır. Lətifə Nəsibova həmçinin bir çox tanınmış beynəlxalq və yerli şirkətlərin UFAZ məzunlarının bilik və bacarıqlarını yüksək qiymətləndirdiyini və onlara əmək bazarında tələbatın yüksək olduğunu diqqətə çatdırdı.

Ardınca, UFAZ-ın yer elmləri üzrə bakalavr proqramının məzunu Şahanə Məmmədova tələbəlik illərində qazandığı təcrübələri və gələcək planlarını iştirakçılarla bölüşdü. Sonda iştirakçıların sualları cavablandırıldı.

cccc
gggg (2)
ii
iiii
oo
qqq (2)
ssss (2)