2 ay, 3 həftə əvvəl
UFAZ-da “Battle of Minds” müsahibəsi ilə bağlı məlumat sessiyası keçirildi
UFAZ-da British American Tobacco (BAT) tərəfindən təşkil olunan “Battle of Minds” adlı qlobal müsabiqəyə dair məlumat sessiyası keçirildi. Bu maraqlı müsabiqə universitet tələbələrini və yeni məzunları real dünya iş problemlərini həll etməyə dəvət edir və onların innovativ ideyalarını, strateji düşüncə qabiliyyətlərini və problem həll etmə bacarıqlarını nümayiş etdirməyə imkan yaradır.
Sessiya zamanı BAT Azərbaycan nümayəndələri “Battle of Minds” müsabiqəsi ilə bağlı, iştirak prosesi barədə ətraflı məlumat verdilər və layihənin tələbələr və gənc mütəxəssislər üçün yaratdığı imkanları vurğuladılar. Qeyd edək ki, müsabiqə iştirakçıları öz işgüzar həllərini təqdim etməklə sənaye liderləri və potensial işəgötürənlərlə əlaqə qurmaq üçün unikal bir şans əldə edəcəklər. Əsas mükafat isə qalib komandanı öz biznes təşəbbüslərini həyata keçirmək üçün 50,000 funt sterlinq məbləğində investisiya ilə təmin etməkdir.
Sessiya sual-cavabla başa çatdı və iştirakçılar müsabiqədə necə iştirak edə biləcəkləri haqqında daha ətraflı məlumat əldə etdilər. Məlumat üçün bildirək ki, müsabiqə son beş il ərzində bakalavr və ya magistr dərəcələrini tamamlamış tələbələr və gənc mütəxəssislər üçün açıqdır.