3 ay, 2 həftə əvvəl

UFAZ-da iqlim dəyişikliklərinə həsr olunmuş sərgi keçirildi

dfbfb (2)

UFAZ-da iqlim dəyişikliklərinə həsr olunmuş sərgi keçirildi. UFAZ Ekologiya klubunun dəstəyilə baş tutan sərginin məqsədi iqlim dəyişikliklərinə qarşı təcili tədbirlərin vacibliyini vurğulamaq, həmçinin Azərbaycanın ev sahibliyi edəcəyi COP29 konfransı ərəfəsində ölkəmizin iqlim dəyişikliyi ilə mübarizəyə sadiqliyini nümayiş etdirmək idi.

UFAZ-ın icraçı direktoru vəzifəsini müvəqqəti icra edən Lətifə Nəsibova qonaqları salamladı və bildirdi ki, bu cür sərgilərin keçirilməsi ictimaiyyətin diqqətini ekoloji problemlərə yönəltmək baxımından müstəsna əhəmiyyət daşıyır. O, UFAZ-ın həmişə olduğu kimi COP 29 ərəfəsində də dayanıqlı inkişaf məqsədlərinə həsr olunmuş tədbirlərə xüsusi yer verdiyini vurğuladı.

UFAZ-ın baş katibi Yelizaveta Bidanova da öz növbəsində qonaqları salamladı və sərginin təşkilini yüksək qiymətləndirdi. Ardınca, 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Kəmalə Abdullayeva çıxış edərək, təşkilatçılara təşəkkürünü bildirdi. O, məktəblilərə uşaq yaşlarından etibarən təbiəti və ətraf mühiti qorumağın əhəmiyyətinin aşılanmalı olduğunu nəzərə çatdırdı. Sərgidə əsərləri nümayiş etdirilən 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin uşaqlarına sertifikatlar təqdim olundu. Sonda xatirə şəkli çəkdirildi və sərgiyə baxış keçirildi.

Qeyd edək ki, iqlim dəyişiklikləri mövzusunda müxtəlif rəsm əsərlərin nümayiş etdirildiyi sərginin keçirilməsində məqsəd ətraf mühitin mühafizəsi, iqlim dəyişiklikləri məsələlərini incəsənətin vizual gücü ilə birləşdirərək diqqəti həmin mövzulara yönəltməkdir.

bfb (2)
bfb
dADFb
db
dfbdfb
fbfb
dfbb
dfb
dfbfb
fb