3 ay, 1 həftə əvvəl

“Davamlı enerji həlləri üzrə yenilikçi ideyalar” müsabiqəsi başa çatdı

fgxgh

“Worley” şirkətinin təşkilatçılığı ilə bərpa olunan enerji və Azərbaycanda dəniz platformalarının elektrikləşdirilməsinə yönəlmiş “Davamlı enerji həlləri üzrə yenilikçi ideyalar” adlı müsabiqə başa çatdı. UFAZ tələbələri üçün nəzərdə tutulan müsabiqənin mükafatlandırma mərasimi şirkətin ofisində baş tutdu.

UFAZ tələbələri Rüfət Səmədzadə, Amin Abdullayev və Cavidan Nəsirlinin daxil olduğu "Energy Pioneers" komandası "Qaz alovunun hava turbini" layihəsi ilə birinci yeri tutdu. Anar Nuruzadə, Toğrul Rzayev və Sənan Quluzadədən ibarət olan "Zephyrus" komandası "Dəniz platformaları ilə külək turbinlərinin inteqrasiyası" layihəsi ilə ikinci yeri tutdu. Məryəm Babayeva və Kənan Muzəffərovun "Günəş enerjisinin yenidən dəyərləndirilməsi" layihəsi ilə "Vesuvius" komandası və Rəna Əliyeva, Pavel Kuznetsov və Suad Əfəndiyevadan ibarət olan "Slay" komandası "Hibrid enerji konvertorları" layihəsi ilə üçüncü yeri tutdular

Əvvəlcədən razılaşdırıldığı kimi, birinci yerin qalibləri 2024-cü ilin iyul ayının ortalarında başlayacaq bir aylıq ödənişli təcrübə proqramında iştirak etmək şansı qazandılar. İkinci və üçüncü yerin qalibləri isə hədiyyə çekləri və bir həftəlik ödənişsiz təcrübə proqramında iştirak etmək fürsəti əldə etdilər. Bundan əlavə, iştirak edən 16 komandanın hər biri şirkət tərəfindən sertifikatla təltif olundu.

gfth
fghg
fxgh
ghdh
xfhh
xfgh