3 ay, 2 həftə əvvəl

UFAZ-da Açıq Qapı günü keçirildi

dth

İyun 29-da UFAZ-da bakalavr proqramlarına qəbul üzrə Açıq Qapı günü keçirildi. Tədbirdə Kimya üzrə yeni bakalavr proqramı, həmçinin, UFAZ-ın digər Kompüter elmləri, Kimya mühəndisliyi, Neft və qaz mühəndisliyi və Geologiya və geofizika mühəndisliyi proqramları barəsində məlumat verildi.

Tədbiri giriş sözü ilə açan UFAZ-ın rektor əvəzi Vazeh Əskərov Azərbaycan-Fransız Universitetinin 8 illik uğurlu fəaliyyət dövrü və tarixi haqqında məlumat verdi. O, bildirdi ki, UFAZ-ı digər ali təhsil müəssisələrindən fərqləndirən əsas cəhətlərdən biri onun təhsildə təcrübəyə əsaslanması və praktiki məşğələlərə geniş yer verməsidir. UFAZ-ın baş katibi Yelizaveta Bidanova tələbələrə təklif olunan imkanlardan danışdı. O, bir çox tanınmış beynəlxalq və yerli şirkətin UFAZ məzunlarının bilik və bacarıqlarını yüksək qiymətləndirdiyini və onlara əmək bazarında tələbatın yüksək olduğunu diqqətə çatdırdı. Ardınca, UFAZ-ın yer elmləri üzrə bakalavr proqramının məzunu Ələmdar Daşdəmirov tələbəlik illərində qazandığı təcrübələri iştirakçılarla bölüşdü. Sonda iştirakçıların sualları cavablandırıldı.

cvz
ccccc
zxvz
sxvzv
vvv
zxsvzv
zxcvxdv