3 ay, 2 həftə əvvəl

Strasburq yay məktəbində dərslərə start verildi

dfgd

Azərbaycan-Fransız Universitetinin tələbələrinin Strasburq universitetində yay məktəbinə start verildi. Tələbələrin Strasburq universitetində ilk dərsi baş tutdu. Qeyd edək ki, 2 həftəlik Strasburq yay məktəbinə UFAZ-ın 40 nəfər 2-ci və 3-cü kurs tələbələri seçiliblər. Yay məktəbində tələbələrin intensiv fransız dili dərsləri keçməsi, müxtəlif laboratoriyalara səfər etməsi və Strasburq universiteti tərəfindən təşkil olunmuş mədəni proqramlara qatılması nəzərdə tutulur. İyulun 1-də başlayan yay məktəbi ayın 14-dək davam edəcək. Yay məktəbində yalnız akademik göstəricilərinə görə fərqlənən tələbələr iştirak etmək şansı qazanıblar.

sdgdg (2)
sdgsg
sdgdg
dsg