1 ay, 3 həftə əvvəl

UFAZ və ADNSU əməkdaşlarının geofizika sahəsinə dair birgə məqaləsi dərc olunub

sssss

UFAZ-ın müəllimi Klara Codri və UFAZ məzunlarının birgə məqaləsi dərc olunub.

Onların “SEG yay sahə düşərgəsi: Azərbaycanın Astara bölgəsindəki su layının multigeofiziki görüntülənməsi” adlı məqaləsi “The Leading Edge” adlı jurnalda nəşr edilib.

Bu birgə tədqiqat işi ötən ilin SEG (Cəmiyyətin Geofizika Tədqiqatları) ADNSU/UFAZ bölməsi tərəfindən təşkil edilmiş geofizikaya dair yay düşərgəsinin nəticəsi kimi ərsəyə gəlib. Bu tədbir SEG, BP və EiGroup-un maliyyə dəstəyi, həmçinin UFAZ və ADNSU-nun dəstəyilə həyata keçirilib. Bu qurumlar geofizikaya dair avadanlıqların təmin edilməsi, mütəxəssislərinin könüllü olaraq fəaliyyətə cəlb olunması və bütün iştirakçılar üçün tədris təcrübəsinin böyük ölçüdə zənginləşdirilməsi üçün töhfə veriblər.

UFAN-ın müəllimi Klara Codri və məzunları Daşqın Abakarov, Nigar Kərimova, Zaur Bayramov, ADNSU-nun müəllimi Murad Abdullazadə və məzunu Cavid Əliyev tərəfindən birgə yazılmış məqalə yay düşərgəsindən əldə edilən mühüm nəticələri təqdim edir. Onların tədqiqatı Azərbaycanın Astara bölgəsindəki su layının multigeofiziki görüntülənmə üsullarının tədqiqinə yölənib. Bu tədqiqat müəlliflərin akademik fəaliyyətlərinin praktiki tətbiqi və tədqiqatların real dünyaya təsiri barəsində fikir formalaşdırmaqdadır.

Nəticələrlə daha ətraflı tanış olmaq istəyənlər məqalənin tam mətni ilə bu DOI linki vasitəsilə tanış ola bilərlər: https://doi.org/10.1190/tle43070453.