2 ay, 1 həftə əvvəl

UFAZ Karyera Mərkəzinin təcrübə proqramı başa çatdı

dDG

UFAZ Karyera Mərkəzi son semestr üçün nəzərdə tutulmuş təcrübə proqramını uğurla yekunlaşdırdı. Müxtəlif ali təhsil müəssisələrində təhsil alan 5 nəfər tələbə bu müddət ərzində peşəkar fəaliyyətləri üçün dəyərli iş təcrübəsi qazandı. Azərbaycan Dillər Universiteti və Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin tələbələri UFAZ-ın müxtəlif şöbələrində təcrübə qazanmaq şansı əldə etdilər.

Təcrübə proqramı UFAZ-ın müxtəlif təhsil müəssisələrindən olan tələbələrə praktik təcrübə qazandırmaq, peşəkar şəbəkələrini genişləndirmək və gələcək karyeraları ilə bağlı düzgün istiqamətləndirmək imkanı təqdim etmək öhdəliyini bir daha vurğulayır. Təcrübə müddətində əldə edilən praktiki təcrübə və qurulan peşəkar əlaqələr tələbələrin peşəkar dünyaya keçidində böyük fayda verəcək.

sdgG
sdv