3 ay, 2 həftə əvvəl

UFAZ-ın Kimya müəllimi beynəlxalq konfransda iştirak edib

addg

UFAZ-ın Kimya müəllimi və hazırda Strasburq Universitetində doktorantura təhsili alan Leyla Əliyeva beynəlxalq konfransda iştirak edib. O, "GDR Synth Flux" təşkilatı tərəfindən təşkil olunan və Fransanın Nansi şəhərində keçirilən “Davamlı axında üzvi, qeyri-üzvi və makromolekulyar sintez” adlı konfransda çıxış edib. Leyla Əliyeva öz doktorantura təhsili çərçivəsində hazırladığı layihənin “Mikrofluidik sistemdə müxtəlif kapilyar düzülüşləri ilə hidroksiapatit nanohissəciklərinin sintezi” adlı bir hissəsini təqdim edib.

Qeyd edək ki, Leyla Əliyeva hazırda ADNSU və Strasburq Universitetinin birgə layihəsi olan “Cotutelle” proqramı çərçivəsində doktorantura təhsili almaqdadır. Onun tədqiqat mövzusu “Kalsium əsaslı nanohissəcik/polimer kompozit mikrofiberlərin mikrofluidik hazırlanması, xarakteristikası və xüsusiyyətləri” adlanır.

addg3
addg4
afrddg2