3 ay, 2 həftə əvvəl

UFAZ əməkdaşları ilk tibbi yardım təlimində iştirak etdilər

fbb

UFAZ-ın 3 əməkdaşı Occupational Training Institute (OTI) M.M.C tərəfindən təşkil edilən ilk tibbi yardım təlimində iştirak etdi. UFAZ Karyera Mərkəzi UFAZ-ın yer elmləri departamentinin əməkdaşları Xədicə Abbaslı, Fidan Aslanzadə və Arzu Əliyevanı təlimə cəlb etdi. ABŞ-ın Milli Təhlükəsizlik Şurasının standartlarına uyğun olaraq təşkil olunan təlimə ilk tibbi yardım, CPR və AED bacarıqlarının öyrədilməsi daxil idi. İştirakçılar təlimi uğurla başa vurduqdan sonra beynəlxalq sertifikat əldə etdilər.

Qeyd edək ki, Azərbaycan-Fransız Universiteti (UFAZ) ilk tibbi yardımın önəmini anlayır. Tələbələr mütəmadi olaraq sahə səfərlərinə göndərildiyinə görə, onların təhlükəsizliyi və rifahı UFAZ-ın əsas prioritetlərindən biridir. Zəruri olduğu təqdirdə mütəxəssislərin yaranmış fövqəladə vəziyyətlə başa çıxa bilməkləri üçün lazım olan bacarıqlarla təmin olunması olduqca böyük əhəmiyyət kəsb etməkdədir.