2 ay əvvəl

UFAZ-da məzunların görüşü keçirildi

rthsrh

İyun ayının 28-də Azərbaycan-Fransız Universitetində (UFAZ) məzunların görüşü keçirildi. Tədbir UFAZ məzunları arasında əlaqələri möhkəmləndirmək baxımından olduqca önəmli bir hadisə oldu.

UFAZ-ın İcraçı direktoru vəzifəsini müvəqqəti icra edən Lətifə Nəsibova məzunların uğurlu fəaliyyətinin universitet üçün əhəmiyyətini vurğuladı. UFAZ-ın Baş katibi Yelizaveta Bidanova məzunların universitet fəaliyyətlərinə davamlı olaraq qatılmasının önəmini diqqətə çatdırdı.

Sonra UFAZ Karyera Mərkəzinin koordinatoru Qənirə Nəsibova UFAZ Məzunlar Şəbəkəsinin məzunları birləşdirmək, onların peşəkar inkişafı asanlaşdırmaq və universitetin strateji məqsədlərini dəstəkləmək baxımından böyük rol oynadığını bildirdi.

Tədbirin qeyri-rəsmi hissəsi kitabxana hissəsində baş tutdu. Burada “binqo” oyunu keçirildi və qaliblər mükafatlandırıldı. Ardınca, iştirakçılarla xatirə şəkli çəkdirildi.

Görüş nahar və şəbəkələşmə sessiyası ilə yekunlaşdı. Tədbir məzunların bir-birləri ilə təcrübələrini bölüşməsi, yeni əlaqələr qurması və peşəkar fəaliyyətlərini genişləndirməsi baxımından müstəsna rol oynadı.

kvhk
argbag
bil
kkc g
cgkck
ilvuiol
kcgk