4 gün, 1 saat əvvəl

UFAZ-da Beynəlxalq Tələbə Proqramlaşdırma Müsabiqəsi (ICPC) üzrə seçmə mərhələ keçirilib

IMG_6876_2_11zon

UFAZ-da Beynəlxalq Tələbə Proqramlaşdırma Müsabiqəsi (ICPC) üzrə seçmə mərhələ keçirilib və bu yarış ICPC yarımfinalına aparan yolun ilk mərhələsini təşkil edib. Müsabiqədə 15-i UFAZ-dan və 5-i digər universitetlərdən olmaqla ümumilikdə 20 komanda iştirak edərək növbəti mərhələyə vəsiqə qazanmaq uğrunda mübarizə aparıb.

Qeyd edək ki, ICPC, dünyada tələbələr üçün nəzərdə tutulan ən böyük və ən nüfuzlu alqoritmik proqramlaşdırma müsabiqəsi kimi tanınır. Universitetləri təmsil edən üç nəfərlik komandalar mürəkkəb real problemləri həll etmək üçün əməkdaşlıq edir, yaradıcılıq, innovasiya və komanda işini inkişaf etdirirlər. İştirakçılar ciddi təzyiq altında qərar vermə bacarıqlarını təkmilləşdirərək həm təlim, həm də müsabiqə vasitəsilə problemlərə yaradıcı yanaşma qabiliyyətlərini gücləndirirlər.

Müsabiqə yalnız mükəmməlliyi təşviq etməklə kifayətlənmir, eyni zamanda tələbələr üçün mümkün olanın sərhədlərini genişləndirmək və gələcək iştirakçılar üçün daha yüksək standartlar müəyyən etmək üçün bir platforma yaradır.

IMG_6910_3_11zon
FullSizeRender_1_11zon
IMG_6919_4_11zon