1 ay, 3 həftə əvvəl

UFAZ Psixologiya Klubu yoqa sessiyası keçirib

qq

İyulun 9-da UFAZ Psixologiya Klubu Hindistanın Azərbaycandakı Səfirliyi və yoqa təlimçisi Elçin Quliyevlə əməkdaşlıq çərçivəsində yoqa sessiyası təşkil edib. Hər kəsə açıq olan tədbirə 30 nəfər iştirakçı qatılıb. Səfirlik tədbirin keçirilməsi üçün iştirakçıları məkan və yoqa matları ilə təmin etdi.

Fiziki və mental sağlamlığının qeydinə qalmaq istəyənlər tədbirə maraq göstərib. Elçin Quliyevin peşəkar rəhbərliyi altında iştirakçılar sağlam həyat tərzini təşviq edən təcrübədə iştirak ediblər.

Qeyd edək ki, UFAZ Psixologiya Klubunun qarşıya qoyduğu əsas məqsədlərdən biri mental və fiziki sağlamlığı artıran fəaliyyətlərdə iştirakı təşviq etməkdir.

qqqqqqqqqqqq
qqqqqqq
sss (3)
q