2 ay, 1 həftə əvvəl

UFAZ tələbələri Strasburq universitetinə 2 həftəlik yay məktəbinə yola düşüblər

c bcb

İyunun 29-da Azərbaycan-Fransız Universitetinin 40 nəfər 2-ci və 3-cü kurs tələbələri Strasburq universitetinə 2 həftəlik yay məktəbinə yola düşüblər. Yay məktəbində tələbələr intensiv fransız dili dərsləri keçəcək, müxtəlif laboratoriyalara səfər edəcək və Strasburq universiteti tərəfindən təşkil olunmuş mədəni proqramlara qatılacaqlar. Ənənəvi olaraq, UFAZ hər il öz ixtisasları üzrə ən yaxşı nəticə göstərən tələbələri Strasburqa göndərir. Tələbələri səfər müddətində 3 nəfər müəllim müşayiət edir. Yay məktəbi iyulun 1-dən 14-dək davam edəcək. Yay məktəbində yalnız akademik göstəricilərinə görə fərqlənən tələbələr iştirak edəcəklər.

xcbb