• UFAZ-ın Hazırlıq ilinə qəbul
  • Bakalavr pilləsinə qəbul
  • Tarixlər və Son müddətlər
  • Təqaüdlər və təhsil haqları
  • Xarici tələbələrin UFAZ-ın Hazırlıq ilinə qəbulu

Hazırlıq ilinə müraciət

 
UFAZ-da Hazırlıq ili nədir?

UFAZ-da hazırlıq ili Strasburq Universiteti və ya Renn 1 Universitetinin tələbələri kimi birinci kurs bakalavr proqramına (Fransız sisteminə görə 3 il) daxil olmaq üçün yerli tələbələrin elmi fənnlər və dillər üzrə lazımi bilikləri əldə etmək məqsədi ilə layihələndirilmiş bakalavr öncəsi bir proqramdır. 

Tamamilə ingilis dilində keçirilən və bir il davam edən proqram tələbələrin elmi anlamını (riyaziyyat, fizika, kimya və kompüter elmləri) və dil biliklərini (ingilis və fransız) təkmilləşdirmək üçün hazırlanmışdır. Kursu müvəffəqiyyətlə başa çatdıran tələbələr UFAZ-ın bakalavr proqramının birinci kursuna daxil olur.  

UFAZ-da hazırlıq ili UFAZ-ın hər bir 4 ixtisası üçün eynidir (kimya mühəndisliyi, geofizika mühəndisliyi, neft-qaz mühəndisliyi, kompüter elmləri).

 

 

 

 

 

 

 

 

 

 

 

 
UFAZ Hazırlıq ilinə necə müraciət etməli?
 

 

Abituriyentlərin Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Fransız-Azərbaycan Universitetinə (UFAZ) qəbulu haqqında elan

 

ADNSU-nun nəzdində fəaliyyət göstərən Fransız-Azərbaycan Universiteti 2017/2018 akademik ili üçün növbəti ixtisaslar üzrə qəbul elan edir:

 

-Kimya mühəndisliyi

-Geofizika mühəndisliyi

-Kompüter elmləri

-Neft-qaz mühəndisliyi

 

Qəbul planı:       120 yer ödənişsiz əsaslarla

                           40 yer ödənişli əsaslarla

 

2017-2018-ci il üçün UFAZ paralel olaraq növbəti namizədlər üçün qəbul açıq elan edir:

 

  1. UFAZ-ın hazırlıq ilinə qəbul üçün Dövlət imtahanından keçən (DİM) Azərbaycan vətəndaşı olan abituriyentlər;
  2. UFAZ-ın birinci kursuna qəbul üçün artıq Azərbaycanın digər ali təhsil müəssisəsində təhsil alan tələbələr;
  3. UFAZ-ın hazırlıq ilinə qəbul üçün (Azərbaycan vətəndaşı olmayan/dövlət imtahanından keçməyən DİM) əcnəbi tələbələr.

 

  1. UFAZ-IN HAZIRLIQ ILINƏ QƏBUL ÜÇÜN DÖVLƏT IMTAHANINDAN KEÇƏN (DİM) AZƏRBAYCAN VƏTƏNDAŞI OLAN ABITURIYENTLƏRIN QƏBULU

 

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilən yalnız 1-ci ixtisas qrupu üzrə imtahanda 500 və daha artıq bal toplayan abituriyentlər Strasburq universiteti tərəfindən təşkil olunan imtahanda iştirak edə bilərlər.

UFAZ-da tədris ingilis dilində aparılır, müsabiqə azərbaycan və rus bölmələri üçün açıqdır.

 

Qəbul imtahanı aşağıda adları göstərilən fənlər üzrə azərbaycan və rus dillərində keçiriləcək:

 

- fizika (test)

- kimya (test)

- riyaziyyat (test)

- ümumi bilik bloku (test)

- ingilis dili (inş+qrammatik çalışma)

 

* İngilis dilindən 20 üzərindən minimum 7 (07/20) və daha aşağı bal toplayan namizədlər, avtomatik olaraq UFAZ-ın qəbul imtahanından kəsilmiş sayılırlar.

 

Universitetə qeydiyyat, müsabiqənin nəticələrinə əsasən UFAZ komissiyası tərəfindən aparılacaq.

 

Müsabiqədə iştirak etmək istəyən abituriyentlər, www.ufaz.az saytında onlayn qeydiyyatdan keçməlidirlər.

 

UFAZ-ın qəbul müsabiqəsindən keçə bilməyən abituriyentlər, DİM tərəfindən aprılan digər ali təhsil müassisələrinin müsabiqələrində iştirak edə bilərlər.

 

 

Onlayn qeydiyyat tarixi: 12/06/17 - 25/07/17 21.00-dək 

İmtahanın keçiriləcəyi tarix: 27 İyul, 2017 saat 10.00-da

Cavabların açıqlanması: 28/07/17

Seçilən namizədlərin son təsdiqi və qeydiyyat tarixləri: 31/07/17 - 02/08/17

İş günləri, saat 10.00-17.00 arası

Bakalavr pilləsinə qəbul

 

 

 

2017-2018-ci il üçün UFAZ paralel olaraq növbəti namizədlər üçün qəbul açıq elan edir:

 

  1. UFAZ-ın hazırlıq ilinə qəbul üçün Dövlət imtahanından keçən (DİM) Azərbaycan vətəndaşı olan abituriyentlər;
  2. UFAZ-ın birinci kursuna qəbul üçün artıq ADNSU-da təhsil alan tələbələr;
  3. UFAZ-ın hazırlıq ilinə qəbul üçün (Azərbaycan vətəndaşı olmayan/dövlət imtahanından keçməyən DİM) əcnəbi tələbələr.

 

  1. UFAZ-IN BIRINCI TƏDRIS ILINƏ MÜRACIƏT EDƏN ADNSU TƏLƏBƏLƏRI ÜÇÜN QƏBUL MƏRHƏLƏLƏRI:

 

Mövcud yer sayına əsasən qəbul edilənlərin sayı məhduddur (2017/2018-ci ildə birinci kurs üçün 40 nəfərə qədər)

 

Müsabiqədə iştirak etmək istəyən tələbələr növbəti sənədləri UFAZ-a təqdim etməlidirlər:

 

  1. 1. Orta məktəbi bitirməyiniz haqqında sertifikat (attestat)
  2. Ali təhsil müəssisəsinə qəbul zamanı topladığınız nəticənin çıxarışı (DİM)
  3. 3. Son iki il (və yaxud 1 il) müddətində aldığınız akademik göstəricilər (universitet tərəfindən möhürlənmiş və imzalanmış). Minimum ÜOMG100 üzərindən 75 (GPA 75/100)
  4. UFAZ-a müraciət etdiyiniz ixtisas üzrə, bakalavr səviyyəsində müvafiq kursda uğurla iştirak etdiyinizi təsdiqləyən sənəd (universitet tərəfindən möhürlənmiş və imzalanmış)
  5. Universitetdə aldığınız tədrisi, təcrübənizi və/və ya professional təcrübənizi əhatə edən tərcümeyi-hal (CV)
  6. İngilis dilində yazılmış motivasiya məktubu

*Orta təhsillərindən sonra ən çox 2 il müddətində tədris alan tələbələr, UFAZ-ın imtahanına qeydiyyatdan keçmə hüququnu itirirlər.

 

Seçim mərhələləri:

  1. Qeydiyyatı uğurla keçdikdən sonra, namizədlər Bakıda, ingilis dilində testlərdən ibarət olan imtahandan keçirlər. Həmin testlər tamamilə elmi biliklərə əsaslanacaq.

 

  1. b. İmtahandan uğurla keçən namizədlər, iyulun axırlarında 15 dəqiqəlik müsahibədən keçəcəklər. Bu müsahibə Bakıda üzbəüz formada və yaxud mümkün olacaqsa video konfrans (skayp konfrans tövsiyyə olunmaqla) formasında keçiriləcək.

 

*Müsahibədən keçmək üçün tələbələr 20 üzərindən minimum 12 bal toplamalıdırlar (12/20)

*Təhsil növü sadəcə ödənişlidir

 

 

Qeydiyyat tarixi: 03/07/2017 - 13/07/17 tarixinədək açıqdır

İmtahanın keçiriləcəyi tarix: 17/07/17 saat 10.00

Müsahibələrin keçirilmə tarixi 24/07/17 - 28/07/17

Seçilən namizədlərin son təsdiqi və qeydiyyat tarixləri: 31/07/17 - 07/08/17

Information to come.

Təqaüdlər və təhsil haqları

 
Azərbaycanlı tələbələr
 

UFAZ tələbələrinin yarısından çoxu (160 tələbədən 120-si) ödənişsiz, yəni dövlət ödənişli əsaslı təhsildən yararlanır. Onlar həmçinin onların TQDK qəbul imtahanlarının akademik nəticələrinə əsaslanaraq dövlət təqaüdündən də faydalanırlar.

UFAZ-da azərbaycanlı tələbələr üçün illik təhsil haqqı 3000 AZN təşkil edir.

Lakin, tələbə UFAZ-ın hazırlıq ilində kəsilərsə, o, avtomatik olaraq Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə (ADNSU) keçirilir və öz təhsilini ödənişli əsaslarla davam edir.  

 Xarici tələbələr

 

Məlumat hazırlanır. 

HAZIRLIQ İLİNƏ MÜRACİƏT EDƏN XARİCİ TƏLƏBƏLƏR ÜÇÜN QƏBUL QAYDALARI

 

Qəbul yerlərinin sayı Azərbaycan Təhsil Nazirliyinin müəyyən etdiyi normalara görə məhdudlaşdırılmışdır. 2017 / 2018-ci tədris ili üçün norma olaraq 20 xarici tələbə müəyyən edilmişdir (hər ixtisas üzrə 5 yer).

 

Müsabiqədə iştirak etmək istəyən abituriyentlər, www.ufaz.az saytında onlayn qeydiyyatdan keçməlidirlər.

Növbəti sənədlər, ingilis dilində notarial qaydada təsdiqlənmiş PDF formatında UFAZ-ın saytında qeydiyyat zamanı birbaşa onlayn yüklənməli və ya universitetə gətirilməlidir:

 

  1. Orta məktəb tərəfindən imzalanmış və möhürlənmiş son iki il üzrə akademik göstəricilər
  2. Yaşadığı ölkənin ali təhsil müəssisəsinə qəbul imtahanının nəticələri (qeyri-məcburi)
  3. İngilis dilində motivasiya məktubu

 

* Orta təhsil bitdikdən sonra 2 ildən artıq təhsil alan namizədlərə UFAZ imtahanlarına qeydiyyatdan keçməyə icazə verilmir.

 

Seçmə mərhələləri:

 

  1. Qeydiyyatı uğurla keçdiklərindən sonra, namizədlər testlərdən ibarət olan imtahandan keçirlər. Bu test imtahanı tamamilə elmi biliklərə (riyaziyyat, fizika, kimya) və ümumi elmi biliklərə əsaslanacaq.

Namizədlər bu imtahanı vermək üçün yaşadıqları ölkələrdəki Fransa səfirliklərinə və ya Fransız insitutlarına dəvət olunurlar.

  1. Unistra nümayəndələri və UFAZ-ın heyəti ilə Skype müsahibəsi ən yaxşı namizədlərin ingilis dilini və motivasiyalarını yoxlamaq üçün təşkil olunur. 

*Müsahibəyə dəvət almaq üçün namizədlər minimum 12/20 bal toplamalıdır.

 

Bütün sənədlər əvvəlcədən info@ufaz.az e-ünvanına göndərilməli, daha sonra isə UFAZ-ın ofisinə təqdim olunmalıdır.

 

 

Onlayn qeydiyyat tarixi: 03/08/17 tarixinədək açıqdır

Test imtahanın keçiriləcəyi tarix (Fransız səfirliklərində və institutlarında): 07/08/17

Skayp müsahibələrin keçirilmə tarixi 28/08/17 - 02/09/17

Nəticələrin açıqlanması: 03/09/17

Seçilən namizədlərin son təsdiqi və qeydiyyat tarixləri: 04/09/17 - 06/09/17

 

 

 

Sənəd qəbulunun, qəbul imtahanının və müşavirələrin keçiriləcəyi ünvan: Azadlıq pr-ti 34, Bakı (Azərbaycan Dövlət Neft və Sənaye Universiteti - əsas bina)

 

Əlaqə nömrələri:

+(994) 12 493 23 24

+(994) 50 969 83 55

 

E-ünvan: info@ufaz.az

Veb-sayt: www.ufaz.az