Uğurlar Kitabı

Uğurlar Kitabı UFAZ məzunlarının akademik və iş həyatında əldə etdiyi müvəffəqiyyətləri bir araya gətirir. Azərbaycan-Fransız Universitetinin seçilən məzunlarının təcrübə keçdiyi, işlədiyi və əməkdaşlıq etdiyi strukturlarla bağlı informasiya bu bölmədə cəmləşib.

Məqsəd yolu UFAZ-dan keçənlərin peşəkar nailiyyətlərini dəyərləndirməklə yanaşı, hazırkı tələbələrin karyera hədəflərinə fokuslanmasına dəstək olmaq, onları motivasiya etməkdir. Bu bölmə eyni zamanda tələbələr üçün təcrübə keçmək və məşğulluq baxımından yararlı olan iş yerlərini diqqətə çatdırır.

Uğurlar Kitabı ilə buradan tanış ola bilərsiniz: https://www.ufaz.az/documents/60/Honors_Alumni_Book_2023-compressed.pdf