2 həftə, 1 gün əvvəl
UFAZ-da "Mikroaxın sistemdə fərqli kapilyar düzülüşləri ilə hidroksiapatit nanohissəciklərinin sintezi" mövzusunda növbəti tədqiqat seminarı keçiriləcək
18 Dekabr 2024, 16:00
Müddət
2 saat
Tədbir haqqında
UFAZ-da "Mikroaxın sistemdə fərqli kapilyar düzülüşləri ilə hidroksiapatit nanohissəciklərinin sintezi" mövzusunda növbəti tədqiqat seminarı keçiriləcək. Seminar UFAZ-da Kimya Mühəndisliyi üzrə müəllim və Strasburq Universiteti ilə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) arasında ikili doktorantura proqramının üçüncü kurs tələbəsi olan Leyla Əliyeva tərəfindən təqdim olunacaq.
Qeyd edək ki, Leyla Əliyeva bakalavr və magistr təhsilini ADNSU-da alıb və geniş akademik bilik və tədqiqat təcrübəsini iştirakçılarla bölüşəcək. Seminar kimya mühəndisliyi və material elmləri sahəsində əhəmiyyətli maraq doğuran hidroksiapatit nanohissəcikləri ilə bağlı araşdırmalarına dair faydalı məlumatlar təqdim edəcək.
Seminar 18 dekabr tarixində, saat 16:15-də UFAZ-ın 102-ci otağında baş tutacaq.
Qeydiyyat üçün link: https://forms.office.com/r/mkhqAg6F5S?origin=lprLink