• UFAZ-a qəbul necə aparılır?

 

  • Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilən yalnız 1-ci ixtisas qrupuüzrə imtahanda 500 və daha artıq bal toplayan abituriyentlər Strasburq universiteti tərəfindən təşkil olunan imtahanda iştirak edərək müsabiqədə iştirak edə bilərlər. Ən yaxşı nəticə göstərmiş abituryentlər seçdikləri ixtisas sıralamasına uyğun olaraq UFAZ-a qəbul edilir.

 

  • UFAZ imtahanını verdikdən sonra əgər hansısa fakültəyə qəbul olmuşuqsa və o fakültəni ya ödənişinə, ya digər səbəblərə görə istəməsək imtina edərək DİM-in ixtisas seçimində iştirak edə bilərik?

 

  • Bəli, UFAZ-a qəbul olduqdan sonar qeydiyyatdan keçmediyiniz halda Dövlət İmtahan Mərkəzinin kodlaşdırmasında iştirak edə bilərsiniz.

 

  • Hazırlıq ilini bitirdikdən sonra bakalavr pilləsinə keçmək üçün təkrar imtahan edilir?

 

  • Hazırlıq ili müddətində hər semestr ərzində tələbələr hər fənn üzrə 3 imtahan verməli (2 aralıq imtahan, 1 yekun imtaham) və ilin sonunda onlar bütün imtahanlardan bir orta bal alacaqlar. Hazırlıq ili kursundan keçmək üçün minimal ümumi bal 10/20 olmalıdır.

 

  • UFAZ-da təhsil ödənişlidir?

 

  • UFAZ-da qəbul 120 dövlət sifarişli, 40 ödənişli yer üzrə aparılır. Ödəniş illik 3000 AZN-dir.

 

  • DİM iş nömrəsi, DİM istifadəçi adı və DİM şifrə yerinə nə yazılmalıdır?

 

  • DİM iş nömrəsi DİM qəbul imtahanına buraxılış vərəqəsində yazılmış 6 rəqəmli iş nömrəsidir. DİM istifadəçi adı və DİM şifrə Dövlət İmtahan Mərkəzinin şəxsi kabinetindəki istifadəçi adınız və şifrənizdir.

 

  • UFAZ-ı bitirdikden sonra isle temin edilirmi?

 

  • 4 illik təhsil müddətində UFAZ-da müxtəlif karyera sərgiləri, təcrübə proqramları nəzərdə tutulub. Bütün bunlar məzunun gələcək karyerasını qurmağa kömək edəcək.

 

  • UFAZ-a qəbul imtahanında keçid balı neçədir?

 

  • UFAZ-a qəbul imtahanında minimal keçid balı yoxdur. Yalnız İngilis dilindən 20 üzərindən minimum 7 (07/20) və daha aşağı bal toplayan namizədlər, avtomatik olaraq UFAZ-ın qəbul imtahanından kəsilmiş sayılırlar.

 

  • Keçiriləcək ufaz imtahanında sualların ümumi sayı nə qədərdir ? (riyaziyyat, fizika, kimya, ümumi suallar və ingilis dili).

 

  • Riyaziyyat, fizika, kimya, ümumi fənn blokunun hər birindən 10 test sual, ingilis dilindən 1 inşa və 1 qrammatik çalışmadır.

 

  • Mən DİM'in birinci imtahanından 500-dən az bal toplamışdım. 2-ci imtahana da girəcəm və 500 balı keçəcəyimə inanıram. İndi qeydiyyatdan keçə bilərəm?

 

  • Xeyr, siz 2-ci imtahanda 500-dən yüksək bal topladıqdan sonra qeydiyyatdan keçə bilərsiniz.

 

  • Hazırlıq ilinə qəbul ilə bakalavr pilləsinə qəbulun fərqi nədir?

 

  • UFAZ-da təhsil 4 ildir, 1 il hazırlıq ilidir, 3 il bakalavr. Orta təhsili bitirən abituryentlər yalnız hazırlıq ilinə müraciət edə bilər. Birbaşa bakalavr ilinə qəbul 1-ci və 2-ci kursu bitirən Azərbaycan Dövlət Neft və Sənaye Universiteti məzunları üçün nəzərdə tutulub.