10 UFAZ tələbəsi TOTAL və Fransa səfirliyinin təqaüdünü qazanıb

2020-07-22

2020-ci il yanvarın 15-də Total E&P Absheron şirkəti ilə Fransa səfirliyi arasında akademik və təhsil sahələrində peşəkar əməkdaşlığın möhkəmləndirilməsi və inkişaf etdirilməsi çərçivəsində rəsmi Anlaşma Memorandumu imzalanıb. Qafqazda ilk dəfə məhz Azərbaycanda həyata keçirilən bu anlaşmada UFAZ tələbələrinin 2020-ci ilin sentyabr ayından etibarən Fransada magistratura təhsili üçün nəzərdə tutulan təqaüd imkanlarından istifadə edə biləcəyi qeyd olunmuşdur.

Anlaşma çərçivəsində fevralın 12-də Azərbaycan-Fransız Universitetinin (UFAZ) 41 tələbəsi TOTAL şirkəti və Fransanın Azərbaycandakı Səfirliyi tərəfindən yalnız UFAZ tələbələri üçün təşkil edilən Fransada magistratura təhsili üzrə təqaüd proqramı imtahanının ilk mərhələsində iştirak etmişdir. Imtahandan sonra müsahibə mərhələsində də uğurlu nəticə əldə edən 10 UFAZ tələbəsi TOTAL tərəfindən dünyanın dörd bir tərəfindəki mühəndislik sektorunun ən yaxşı tələbələri üçün verilən təqaüdü qazanıb.

 Fransanın bir çox Texniki Universitetlərindən qəbul alan UFAZ tələbələri aşağıdakılardır:

Kompüter Elmləri ixtisasının
4-cü kurs tələbəsi
Xaliq Ağakərimov

École Polytechnique

Institut Polytechnique (IP) de Paris

Université Grenoble Alpes

CY Tech EIST

Kompüter Elmləri ixtisasının
4-cü kurs tələbəsi
İradə Bünyatova

IMT Atlantique

CentraleSupelec

École Polytechnique

University Cote d'Azur

Universite Grenoble Alpes

Kimya Mühəndisliyi ixtisasının
4-cü kurs tələbəsi
Polad Xəlilzadə

INSA Toulouse

INP Toulose

Université PSL

Institut Polytechnique de Paris

University of Paris Saclay

IFP School

IMT Atlantique

CentraleSupelec

Kimya Mühəndisliyi ixtisasının
4-cü kurs tələbəsi
Rəhim Əlizadə

INSA Toulouse

IFP School

CentraleSupelec

Kompüter Elmləri ixtisasının
4-cü kurs tələbəsi
Əli Məmmədov

Université Paris-Dauphine | PSL

L'institut polytechnique de Paris

Sorbonne Université

Université Paris-Saclay

Université de Strasbourg

Institut national des sciences appliquées de Lyon

Université Nice Sophia Antipolis

Geofizika Mühəndisliyi ixtisasının
4-cü kurs tələbəsi
Murad İldarov

Université de Strasbourg

Geofizika Mühəndisliyi ixtisasının
4-cü kurs tələbəsi
Cavidan Kərimli

IFP School Petroleum Geosciences

Université Grenoble Alpes

École normale supérieure

University of Nantes

ECOLE POLYTECHNIQUE

ISA Lille

Kimya Mühəndisliyi ixtisasının
4-cü kurs tələbəsi
İsmayıl Səfərli

Université de Strasbourg

Université Toulouse III-Paul Sabatier

Université de Lorraine

Université de Montpellier

Aix-Marseille Université

Kimya Mühəndisliyi ixtisasının
4-cü kurs tələbəsi
Cəmilə İsmayılova

ECPM

ENSIACET

Grenoble INP-Phelma

ENSIC

Chimie ParisTech

ENSCMu

Geofizika Mühəndisliyi ixtisasının
4-cü kurs tələbəsi
Məleykə Əsədova

ECOLE POLYTECHNIQUE

École normale supérieure

Université Grenoble Alpes

Université Côte d'Azur

University of Nantes

ISA Lille

 

Qeyd edək ki, Azərbaycanda 1996-cı ildən fəaliyyət göstərən və bu dövr ərzində ölkənin inkişafına öz töhfələrini vermiş TOTAL şirkətinin ümumilikdə 150-dən çox şöbəsi var. Şirkətin əsas əməliyyatları emal, kimyəvi istehsal və neft məhsullarının marketinqi, həmçinin qaz və yaşıl enerjinin paylanmasıdır.

Fəaliyyət göstərdiyi bütün ölkələrdə müxtəlif sahələrdə çalışan gənc istedadları dəstəkləyən və tanıdan TOTAL şirkəti UFAZ tələbələri üçün də bir çox imkanlar təqdim edib. Belə ki, 2018-ci ildən etibarən TOTAL şirkəti neft və qaz sahəsində təcrübəli müəllimlərini tələbələrlə müxtəlif təlimlər keçmələri üçün Professeurs Associés vasitəsilə UFAZ-a göndərir.