Magistratura proqramına qəbul

UFAZ-a sənəd qəbulunun 1-ci və ya 2-ci mərhələsindən şərti qəbul almış namizədlər Dövlət İmtahan Mərkəzinin (DİM) təşkil etdiyi magistratura imtahanından 50-dən artıq bal toplayarsa (ingilis dili balı minimum 20 olarsa) UFAZ-ın magistratura proqramına qəbul ola bilər. Təhsil dili ingilis dilidir.

Magistratura proqramı üçün ümumilikdə 110 yer ayrılıb və bütün yerlər ödənişsizdir.

UFAZ-a sənəd qəbulu mərhələsində tələb olunan sənədlər:

  • Namizəd UFAZ tələbəsidirsə: CV / motivasiya məktubu/ transkript
  • Namizəd digər universitetin tələbəsidirsə: CV/ motivasiya məktubu/ transkript/ tövsiyə məktubu/ İngilis dili biliyinin göstəricisi olan sənəd
  • DİM balı və bakalavr təhsilini bitirməsi ilə bağlı arayış şərti qəbuldan sonra əlavə olunacaq.

UFAZ magistratura proqramlarına qəbul zamanı ingilis dili biliyinin göstəricisi kimi bir neçə seçim təklif edir. Akademik göstəricilərinizə uyğun olan variantı seçə bilərsiniz:

  • Bakalavr təhsilini ingilis dilində aldığınıza dair arayış
  • IELTS 6.5, TOEFL 80 və ya GMAT 550 bal
  • UFAZ-ın daxili imtahanı (şifahi) - bu imtahan beynəlxalq dil sertifikatı olmayan və bakalavr təhsilini ingilis dilində almayan namizədlər üçün nəzərdə tutulub.

Qeydiyyat

Buraya daxil olun

Əlaqə:

Nizami küç. 183, Bakı (Azərbaycan-Fransız Universiteti)

Tel: (+994 12) 599 00 72

E-mail: admissions@ufaz.az