Bakalavr proqramına qəbul

Yalnız Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən təşkil olunmuş 1-ci ixtisas qrupu üzrə imtahanlarda mümkün 700 baldan ən az 500 və daha çox bal toplamış abituriyentlər Strasburq Universiteti tərəfindən təşkil olunmuş və avqust ayında keçirilən UFAZ-a qəbul imtahanında iştirak edə bilərlər.

UFAZ-a qəbul imtahanı həm azərbaycan, həm də rus dillərində aparılır ki, bu da hər iki dil sektoru üzrə abituriyentlərin imtahanda iştirak etməsinə şərait yaradır.

UFAZ-a qəbul imtahanı test suallarından ibarətdir və aşağıdakı mövzuları əhatə edir:

  • Fizika (10 sual);
  • Kimya (10 sual);
  • Riyaziyyat (10 sual);
  • Ümumi elmi biliklər (10 sual);
  • İngilis dili.

İmtahan nəticələrinin sıralamaları zamanı Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi imtahanda toplanılmış nəticələr deyil yalnız UFAZ-a qəbul imtahanının nəticələri nəzərə alınır ki, bunlar da Strasburq və Renn 1 universitetlərinin ekspertlərinin nəzarəti altında xüsusi komissiya tərəfindən elan olunur.

Bakalavr proqramı üçün ümumilikdə 160 yer ayrılıb və bütün yerlər ödənişsizdir.

UFAZ-a qəbul imtahanından keçmiş lakin qəbul olunmamış abituriyentlər Azərbaycanda fəaliyyət göstərən digər ali təhsil müəssisələrinə müraciət edə bilərlər.